15 May 2024
“Qəzza zolağında əməliyyatın üçüncü mərhələsi başladı”

“Qəzza zolağında əməliyyatın üçüncü mərhələsi başladı”

05 Dekabr 2023
Baxış: 422

“İsrail ordusu Qəzza zolağında quru əməliyyatının üçüncü mərhələsinə başlayıb və hazırda anklavın cənub hissəsindəki ən böyük şəhər olan Xan Yunis ərazisini mühasirəyə alır”.
AJMEDİA.İNFO
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bildirib.
“Müharibənin başlanmasından 60 gün sonra qoşunlarımız indi Qəzza zolağının cənubundakı Xan Yunis ərazisini mühasirəyə alır. Eyni zamanda, biz Qəzza zolağının şimalında əldə etdiyimiz qazancları möhkəmləndirməyə davam edirik. Biz quru əməliyyatının üçüncü mərhələsini başlamışıq. Biz Qəzza zolağının şimalında HƏMAS-ın çoxlu dayaq məntəqələrini ələ keçirmişik”, - məlumatda deyilir.