07 May 2024
Qazaxıstan naziri onu "rusofob zibil" adlandıran Rusiya rəsmisinə CAVAB VERDİ

Qazaxıstan naziri onu "rusofob zibil" adlandıran Rusiya rəsmisinə CAVAB VERDİ

12 Yanvar 2022
Baxış: 765

Qazaxıstanın yeni informasiya və ictimai inkişaf naziri Əsgər Umarov Rusiyanın MDB İşləri üzrə Federal Agentliyinin rəhbəri Yevgeni Primakovun onu rusofob adlandırmasına reaksiya verib.

AJMEDİA.İNFO xəbər verir ki, nazir bildirib:

“Mən təqdim etdikləri kimi biri deyiləm. Əvvəlki vəzifələrimdə də rusiyalı və başqa tərəfdaşlarla səmərəli işlər aparmışam. Tolerantlığa, xalqlar dostluğuna Qazaxıstan xalqının birliyinə və qonşularla qardaşlıq münasibətlərinə sadiqəm”.

Nazir qeyd edib ki, Rusiya ilə əlaqələrin Qazaxıstan üçün nə qədər əhəmiyyətli olduğunu yaxşı başa düşür, Rusiya və digər ölkələrin kütləvi informasiya vasitələri ilə uğurlu əlaqələr qurmağa hazırlaşır.

Xatırladaq ki, bir müddət əvvəl Yevgeni Primakov nazir Əsgər Umarovu “rusofob zibil” adlandırmış və onunla əməkdaşlıq etməyəcəyini bildirmişdi.(Konkret.az)