06 May 2024
Qazaxıstan iyunun 20-dən beynəlxalq aviareysləri bərpa edir

Qazaxıstan iyunun 20-dən beynəlxalq aviareysləri bərpa edir

12 İyun 2020
Baxış: 420

Qazaxıstan iyunun 20-dən Türkiyə, Tailand, Çin, Koreya Respublikası, Gürcüstan və Yaponiyaya aviareysləri bərpa edəcək.

AJM xəbər verir ki, beynəlxalq marşrutlar üzrə reyslərin sayı mövcud hökumətlərarası hava nəqliyyatı sazişləri əsasında və hər bir marşrut üzrə hava gəmilərinin kommersiya yükündən asılı olaraq yerinə yetiriləcək.

Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinin Mülki Aviasiya Komitəsindən verilən məlumata görə, Qazaxıstan ərazisində koronavirus infeksiyasının yaranmasına və yayılmasının qarşısının alınması üzrə İdarələrarası Komissiyanın 2020-ci il 11 iyun tarixli qərarına əsasən, Səhiyyə Nazirliyinin tövsiyələri, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xəritəsinə əsasən epidemioloji vəziyyətin səviyyəsi nəzərə alınmaqla iyunun 20-dən etibarən Türkiyə, Çin, Koreya Respublikası, Tailand, Gürcüstan və Yaponiyaya beynəlxalq uçuşlar mərhələli şəkildə bərpa olunur.

Xatırladaq ki, bundan əvvəl Mülki Aviasiya Komitəsi Qazaxıstandan beynəlxalq istiqamətlərə uçuşların hələ bərpa olumamasını bildirilmişdi.

Teqlər: Qazaxıstan