07 May 2024
Qaxda BMT-nin xidməti avtomobili qəzaya düşüb, xəsarət alanlar var

Qaxda BMT-nin xidməti avtomobili qəzaya düşüb, xəsarət alanlar var

12 Oktyabr 2021
Baxış: 742

Qax rayonunda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinə məxsus "Toyota Camry" markalı avtomobil qəzaya düşüb.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə axşam saatlarında şəhərin mərkəzi hissəsində qeydə alınıb.

Belə ki, "Toyota Camry" markalı 076-D-001 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə motosiklet toqquşub. Nəticədə motosikletdə olan iki nəfər - Əmbərçay kənd sakinləri, motosikletin sürücüsü 24 yaşlı Emil Babayev və sərnişini, 25 yaşlı Səid Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan şəxslər Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların hər ikisinin müalicəsi hazırda davam etdirilir. Qəza zamanı motosikletlə toqquşan "Toyota Camry" markalı avtomobilin sürücüsü və sərnişini isə xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.