02 May 2024
Qatarların hərəkət qrafiki DƏYİŞİR: "1 oktyabr 2023-cü ildən..."

Qatarların hərəkət qrafiki DƏYİŞİR: "1 oktyabr 2023-cü ildən..."

18 Sentyabr 2023
Baxış: 514

1 oktyabr 2023-cü ildən etibarən bölgələr üzrə hərəkət edən qatarların qrafikində dəyişikliklər edilir.

Bu barədə AJMEDİA.İNFO-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Dəyişikliklərə əsasən, payız-qış mövsümündə paytaxta üz tutan sərnişinlərin mənzil başına daha tez çatması üçün qatarlar mövcud qrafikdən daha erkən yola düşəcəklər:

“Belə ki, yenilənmiş qrafikə əsasən, Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatar saat 17:30-da, ənənəvi qrafikdən 40 dəqiqə tez yola düşərək saat 22:35-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Qəbələ-Bakı marşrutu üzrə yenilənmiş hərəkət qrafikinə əsasən sürətli sərnişin qatarı saat 19:00-da, ənənəvi qrafikdən 30 dəqiqə daha tez yola düşərək saat 22:20-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Əlavə olaraq qeyd edək ki, 1 oktyabr tarixindən etibarən Bakı-Ağstafa marşrutu üzrə ənənəvi qrafiklə (saat 08:45-də) hərəkət edən sürətli sərnişin qatarı Şəmkir rayonunun Dəllər stansiyasında da dayanacağından qatarın Ağstafaya çatma vaxtı saat 13:42-dən 13:46-a dəyişdirilib”.