07 May 2024
Qarabağdan üzücü xəbər gəldi: Xocavənddə...

Qarabağdan üzücü xəbər gəldi: Xocavənddə...

19 Sentyabr 2021
Baxış: 706

Qarabağdan üzücü xəbər gəldi: bu dəfə Xocavənddə...

Xocavənddə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun dağlıq ərazisində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Abdullayev Səbuhi Səhrab oğlu idarə etdiyi yük avtomobilinə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi daşa çırpılıb. Hadisə zamanı xəsarət alan sürücü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır. (AzerForum)