19 May 2024
Qarabağda xatirə kompleksi hərbi məqsədlər üçün istifadə olunub - VİDEO

Qarabağda xatirə kompleksi hərbi məqsədlər üçün istifadə olunub - VİDEO

29 Sentyabr 2023
Baxış: 530

Qarabağ bölgəsinə baxış zamanı Xocavənd rayonu ərazisində Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış memorial kompleksdə xeyli sayda silah-sursat aşkar edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Kompleksdə aşkar edilən külli miqdarda döyüş sursatı və müxtəlif çaplı silahlar buranın silah-sursat anbarı kimi istifadə edildiyini sübut edir.