07 May 2024
Qarabağda, rus sülhməramlılarının nəzarət etdiyi Xocavənd rayonunda “ARMAT IN THE AIR” PUA emalatxanası açılıb - Polkovnikdən açıqlama

Qarabağda, rus sülhməramlılarının nəzarət etdiyi Xocavənd rayonunda “ARMAT IN THE AIR” PUA emalatxanası açılıb - Polkovnikdən açıqlama

15 Noyabr 2022
Baxış: 519

Fransızlar separatçılara kömək edir; ehtiyatda olan polkovnikdən “təcili qəti addımlar atılmalıdır” çağırışı

Qarabağda, rus sülhməramlılarının nəzarət etdiyi Xocavənd rayonunda “Armat” adlanan, ikinci, ümumilikdə isə sayca 24-cü olan “ARMAT IN THE AIR” PUA emalatxanası açılıb. Layihə özünü “Xocavəndlə qardaşlaşmış şəhər” elan edən, Fransanın paytaxtı Parisdən 17 km aralıda yerləşən Sarsel şəhər bələdiyyəsi və erməni donorlar tərəfindən maliyyələşdirilir. Bu barədə qondarma, oyuncaq qurumun “dövlət nazirinin müşaviri” Artak Beqlaryan teleqramında yazıb. Erməni mətbuatının xəbərinə görə, eyni gündə Xankəndidə “ARMAT” emalatxanalarının sərgisi keçirilib. Xəbərdə 24 “Armat”da artıq 600-ə yaxın tələbənin praktiki texnoloji təhsil aldığı vurğulanır.

Separatçı ermənilərin Xocavəndə təxribatları bununla bitmir. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, noyabrın 14-ü saat 04:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Xocavənd Azərbaycanın ərazisidir. Azərbaycanın öz ərazisində bu cür qanunsuz hərəkətlərin qarşısını almaq hüququ var. Bakı hansı addımları ata bilər? Məsələn, həmin emalatxanalara zərbə endirilə bilərmi və ya endirilməlidirmi?

Kəlbəcərdən əməliyyata başlamaq Nəcməddin Sadıxovun ideyası idi” - ŞOK İDDİA

Rövşən Məhərrəmov

“Yeni Müsavat”