Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
23 saat əvvəlQarabağ erməniləri Azərbaycandan YANACAQ və YEMƏK İSTƏDİ
21 Sentyabr 2023 12:43 | Baxış sayı: 700
Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Yevlaxda Qarabağın erməni sakinləri ilə baş tutan görüşlə bağlı yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, eyni zamanda, ermənilər qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.
Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır.