01 May 2024
Putinin son hədəfi Ukrayna deyil... - Müdafiə naziri

Putinin son hədəfi Ukrayna deyil... - Müdafiə naziri

15 Dekabr 2021
Baxış: 435

Rusiyanın mümkün işğalı nəticəsində 5 milyon ukraynalı qaçqın vəziyyətinə düşə bilər.

AJMEDİA.İNFO Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

Ukrayna sərhədlərində 100 minə yaxın rus hərbçisinin olduğunu açıqlayan nazir işğal cəhdinin hər iki tərəf üçün fəlakət olacağını bildirib.

O, bu halda hər iki tərəfin çoxlu itkilər verəcəyini və 5 milyon ukraynalının qaçqın vəziyyətinə düşə biləcəyini, bundan başqa, ölkədəki 15 atom elektrik stansiyasının (AES) da təhlükə altında olacağını vurğulayıb.

Putinin son hədəfinin Ukrayna olmadığını düşündüyünü deyən Reznikov müharibə olacağı təqdirdə bunun Avropaya yayılacağını iddia edib.