07 May 2024
"Putinin sifarişidir" - Saakaşvili həbsdən tərəfdarlarına MƏKTUB GÖNDƏRDİ

"Putinin sifarişidir" - Saakaşvili həbsdən tərəfdarlarına MƏKTUB GÖNDƏRDİ

02 Oktyabr 2021
Baxış: 565

Mixail Saakaşvili həbsxanadan tərəfdarlarına məktub ünvanlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, məktubda o, tərəfdarlarını heç nədən qorxmamağa və sona qədər getməyə çağırıb.

O, həbsinin “Putinin sifarişi” olduğunu və Rusiyadan başqa heç kimin onun həbsini tanımayacağını bildirib.

Saakaşvili qələbənin onların əlində olduğunu deyib. Eks-prezident azadlığa çıxmasının, eləcə də Gürcüstanın azadlığının onların aktivliyindən asılı olduğunu söyləyib.(axar.az)