06 May 2024
Putindən azərbaycanlı iş adamı Vahid Ələkbərovla bağlı SƏRƏNCAM

Putindən azərbaycanlı iş adamı Vahid Ələkbərovla bağlı SƏRƏNCAM

05 May 2022
Baxış: 882

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın “Lukoyl” neft-qaz şirkətinin keçmiş rəhbəri Vahid Ələkbərovu I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

AJMEDİA.İNFO xəbər verir ki, müvafiq sərəncam rəsmi hüquqi informasiya portalında dərc olunub.

“Rusiya Federasiyasının dövlət mükafatları ilə təltif edilməsi haqqında... Vahid Yusif oğlu Ələkbərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunur”, - sənəddə deyilir.

Mükafatın iş adamına dövlət qarşısında xidmətlərinə, yanacaq-energetika kompleksinin inkişafına böyük töhfəyə və uzun illər vicdanlı əməyinə görə verildiyi qeyd edilib.