07 May 2024
Putin və Şoyqunun Ukrayna ilə bağlı DƏHŞƏTLİ PLANI - Sonuncu dəfə faşistlər BELƏ ETMİŞDİ - FOTO

Putin və Şoyqunun Ukrayna ilə bağlı DƏHŞƏTLİ PLANI - Sonuncu dəfə faşistlər BELƏ ETMİŞDİ - FOTO

15 Mart 2022
Baxış: 381

Putin və Şoyqu Ukrayna meşələrini kəsib satmağı planlaşdırıblar.

AJMEDİA.İNFO Konkret.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Şoyqunun şəxsən Putinə ünvanladığı “Müdafiə torpaqlarının kəsilməsinin mümkünlüyü haqqında” məktubunda deyilir. Rusiya Ukrayna meşələrinin kütləvi şəkildə qırılmasını planlaşdırır.

Sənədin məqsədi Ukraynanın “meşələri, ağacları, kolları və yaşıllıqlarının” tam kəsilməsinə icazə almaqdır. “Mülkiyyət formasından və kateqoriyasından, əkilmə intensivliyindən və yaşından asılı olmayaraq, bütün ağacların” kəsilməsi nəzərdə tutulur.

Eyni zamanda məktubda qeyd edilir ki, RF Silahlı Qüvvələrinin ehtiyacları üçün istifadə olunmayan odunlar satılacaq, alınan vəsait isə işğalçı ordunun dəstəklənməsinə sərf olunacaq.

Bu günə qədər, istisnasız olaraq, müvəqqəti işğal edilmiş ərazilərdəki bütün meşələr ən yüksək risk zonasındadır. Yaşıllıqların tamamilə qırılması işğalçıların daha bir dəhşətli cinayəti və ekosid yaradılmasıdır.

Sonuncu dəfə Ukrayna ərazisində nasist işğalı zamanı belə bir hadisə baş verib.