10 May 2024
Putin Ukraynaya MÜHARİBƏ ELAN ETDİ - Kiyev və başqa 4 şəhər ballistik raketlərlə VURULUR - SON DƏQİQƏ!

Putin Ukraynaya MÜHARİBƏ ELAN ETDİ - Kiyev və başqa 4 şəhər ballistik raketlərlə VURULUR - SON DƏQİQƏ!

24 Fevral 2022
Baxış: 543

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbas vilayətində təcili hərbi əməliyyatlar keçirməklə bağlı xalqına müraciət edib.

AJMEDİA.İNFO RİA Novosti -yə istinadən xəbər verir ki, onun sözlərinə görə, mövcud şərait Rusiyadan bu addımı atmağı tələb edir.

O qeyd edib ki, Rusiya Federasiyasının planlarına Ukraynanın işğalı daxil deyil:

“Ukrayna hərbçilərinə müraciət etməliyəm, siz xalqa and içdiniz, sizi dərhal silahlarınızı yerə qoymağa çağırıram”.

***

“Ukraynanın paytaxtı Kiyev şəhərindəki strateji obyektlərə qanadlı və ballistik raketlər atılır”.

AJMEDİA.İNFO UNIAN-a istinadən xəbər verir ki, bunu jurnalist Andrey Tsaplienko Telegram kanalında yazıb.

Bundan başqa, Kiyevin Borispol hava limanı yaxınlığında partlayış səsləri eşidilir. Kramatorskda ən azı dörd partlayış, Odessa, Xarkov, Berdyanskda güclü partlayış baş verib.

Şahidlər Kiyevdə artilleriya atəşi və partlayış səsləri barədə Reuters agentliyinə məlumat veriblər.