02 May 2024
Putin Türkiyə Prezidentinə TƏŞƏKKÜR ETDİ - SƏBƏB

Putin Türkiyə Prezidentinə TƏŞƏKKÜR ETDİ - SƏBƏB

28 Aprel 2022
Baxış: 725

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

R.T.Ərdoğan və V.Putin ötən gün Rusiya ilə ABŞ arasında baş tutmuş əsirlər mübadiləsini, Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı R.T.Ərdoğana rusiyalı pilot Konstantin Yaroşenkonun amerikalı Trevor Rid ilə dəyişdirilməsi prosesini təşkil etdiyinə görə təşəkkür edib.

Danışıq zamanı Türkiyə Prezidenti İstanbul danışıqlarında əldə edilən sürəti artıraraq bölgədə ən qısa zamanda qalıcı sülhün bərqərar olmasını istədiklərini dilə gətirib.