25 Aprel 2024
Putin “nüvə çamadanı” ilə görüntüləndi – Dünya şokda, düyməyə basılır? + FOTO

Putin “nüvə çamadanı” ilə görüntüləndi – Dünya şokda, düyməyə basılır? + FOTO

03 Fevral 2023
Baxış: 348

Rusiya Prezidenti Vladimir Putinin "Çeget" adı ilə təqdim olunan məxfi çantası yenidən üzə çıxıb.

AJMEDİA.İNFO bildirir ki, Britaniyanın “Mirror” qəzeti “Qərbə soyuq təhdid” başlığı ilə oxucularına təqdim etdiyi xəbərdə Rusiya liderinin rəsmi səfəri zamanı portfelini özü ilə gətirdiyini qeyd edib.

Həmin anların görüntüləri “Associated Press” beynəlxalq xəbər agentliyi tərəfindən paylaşılıb. Sözügedən kadrlarda Putin abidəyə əklil qoyarkən onun cangüdənlərinin əlində nüvə portfeli daşıdığı görünüb.

Qeyd olunub ki, Putinin yanında saxladığı çanta və daşıdığı sistem ən son texnologiya ilə hazırlanıb.

Xatırladaq ki, SSRİ dövründən bəri istifadə olunan, Vladimir Putin dövründə təkmilləşdirilən nüvə raketi buraxılışı çamadanının görüntüsü ilk dəfə Rusiya Müdafiə Nazirliyinin rəsmi orqanı “Zvezda” telekanalında efirə gedib. Putinin hakimiyyətə gəlişindən sonra təkmilləşən çamadan “Çeget” adlanır.

Çamadanın işləmə mexanizmi barədə məlumat verən hərbi ekspert sistemin fleş kart vasitəsilə əvvəlcədən hazır olan döyüş əmri kodlarını strateji silahların komanda mərkəzinə göndərdiyini və nüvə başlıqlı raketlərin bu komanda mərkəzi ilə havaya qalxa biləcəyini deyib. SSRİ dönəmində “Kazbek” adlandırılan çamadan hərbi komanda mərkəzinə kodlar göndərərək müharibənin başlaması əmrini vermək məqsədi güdürdü.(sfera.az)