07 May 2024
Putin Lavrovun yəhudilərlə bağlı açıqlamasına görə İsraildən ÜZR İSTƏDİ - ƏTRAFLI

Putin Lavrovun yəhudilərlə bağlı açıqlamasına görə İsraildən ÜZR İSTƏDİ - ƏTRAFLI

05 May 2022
Baxış: 456

Rusiya Prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, İsrail Baş naziri Naftali Bennetdən üzr istəyib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail baş nazirinin dəftərxanası məlumat yayıb.

Bildirilib ki, Bennet üzrxahlığı qəbul edib və izahat üçün təşəkkürünü bildirib.

Qeyd edək ki, Sergey Lavrov Ukrayna Prezidenti Vladimir Zelenskinin yəhudi əsilli olmasına münasibət bildirərkən nasist lider Adolf Hitlerin də yəhudi qanı daşıdığını, ən qızğın antisemitlərin yəhudilər olduğunu söyləmişdi.