29 Mart 2024
Putin Dağıstan-Azərbaycan-İran marşrutunun tikintisini sürətləndirməyə çağırıb

Putin Dağıstan-Azərbaycan-İran marşrutunun tikintisini sürətləndirməyə çağırıb

16 Mart 2023
Baxış: 341

"Azərbaycan ərazisindən keçməklə Dağıstandan İrana marşrut mümkün qədər tez tikilməlidir, ona həmişə tələbat olacaq, eləcə də İrandan Hindistana Şimal-Cənub nəqliyyat layihəsi".

Bunu Rusiya prezidenti Vladimir Putin martın 16-da Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSPP) Moskvada keçirilən qurultayında deyib.

Putinin sözlərinə görə, bütün ölkələr hətta mürəkkəb “geosiyasi uyğunlaşmalar” və ziddiyyətlər şəraitində belə, Dağıstan-Azərbaycan-İran marşrutunu çəkməyə razıdırlar. /REGNUM