02 May 2024
"Putin ancaq bu tarixə qədər yaşaya bilər" - Astroloq VAXT VERDİ

"Putin ancaq bu tarixə qədər yaşaya bilər" - Astroloq VAXT VERDİ

30 May 2022
Baxış: 558

Ukraynalı astroloq Vlad Ross Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin nə vaxt bitəcəyini və Vladimir Putini nələrin gözlədiyini proqnozlaşdırıb.

AJMEDİA.İNFO teleqraf-a istinadən xəbər verir ki, astroloq müharibənin 2022-ci il ərzində bitəcəyini iddia edib.

Rossun sözlərinə görə, ən çətin vəziyyət mayın sonu və iyunda olacaq. Astroloq iyunda Ukraynanı şiddətli mübarizə gözlədiyini bildirib.

Ross deyib ki, iyul ayında Ukrayna üçün əlverişli dövr olacaq, eyni zamanda, həmin ay Kreml daxilində Putinə qarşı mübarizə güclənəcək və Rusiyanın paytaxtından ukraynalılar üçün xoş xəbər gələcək.

Astroloq iddia edib ki, Putin mədəaltı vəzi xərçəngindən əziyyət çəkir: “O, gələn ilin mart ayına qədər yaşaya bilər, yaxud 2023-cü ilin həmin ayında istefa verəcək”.

Rossun fikrincə, Rusiya 2024-2025-ci illərdə parçalanacaq.

Bundan əvvəl astroloq Andrey Denisenko bildirmişdi ki, Ukraynada müharibə uzun müddət davam edəcək: “Avqustda gərginlik arta bilər, Ukraynanın azad edilməsi uğrunda döyüşlər olacaq”.