02 May 2024
”Prezidentin səhifəsinə bənzər sayt açılır və 500 manat uşaq pulu almaq üçün...” – “Teleqram”da təhlükə

”Prezidentin səhifəsinə bənzər sayt açılır və 500 manat uşaq pulu almaq üçün...” – “Teleqram”da təhlükə

05 İyul 2023
Baxış: 306

Azərbaycanlı texnoloq “Telegram”la bağlı xəbərdarlıq edib.

AJMEDİA.İNFO bildirir ki, texnobloger Fərid Pərdəşünas hazırda sözügedən platformada çox böyük və təhlükəli “spam” dalğasının başladığını deyib.

“Göndərilən linkə klik etdikdə bütün “Telegram” kontaktlarınıza sizin adınızdan mesaj gedir. Bəzi istifadəçilərin ümumiyyətlə hesabına giriş edilir. Linkə daxil olduqda prezidentin “web” səhifəsinə bənzər sayt açılır və 500 manat uşaq pulu almaq üçün şəxsi məlumatlar tələb edilir. Belə mesaj aldıqda, daxil olmadan təcili silin”, deyə Pərdəşünas əlavə edib.

(sfera.az)