16 Aprel 2024
Prezidentdən Tarif Şurası ilə bağlı FƏRMAN

Prezidentdən Tarif Şurası ilə bağlı FƏRMAN

03 Fevral 2023
Baxış: 597

Tarif Şurasının səlahiyyətləri artırılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin müvafiq fərmanında qeyd olunub.

Fərmana əsasən, Tarif Şurası tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulmasına (fiziki və ya texnoloji) görə məbləği müəyyən edəcək.

Tarif Şurası “Qaz təchizatı haqqında” Qanununa uyğun olaraq, Energetika Nazirliyinin, İqtisadiyyat Nazirliyinin və Dövlət Neft Şirkətinin təklifləri əsasında, qoşulma xidmətinə görə ödənişin məbləğlərini müəyyən edərək Prezidentə məlumat verəcək.

Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Tarif Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər.