02 May 2024
Prezidentdən 10 milyonluq SƏRƏNCAM

Prezidentdən 10 milyonluq SƏRƏNCAM

26 May 2021
Baxış: 721

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında” sərəncam imzalayıb.

AJMEDİA.info xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.13.3-cü yarımbəndində göstərilmiş 10 milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.

Sərəncama əsasən, 31 modul tipli məktəbin quraşdırılması üçün Təhsil Nazirliyinə 10 milyon manat vəsait ayrılıb.

Sıra

№-si

Tədbirin adı Ayrılan vəsait

(manatla)

İcra müddəti
1. Ağsu rayonunun Təklə kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 350.000,0 2021
2. Cəlilabad rayonunun Şorbaçı kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 350.000,0 2021
3. Cəlilabad rayonunun Şükürlü kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 350.000,0 2021
4. Cəlilabad rayonunun Alaşar kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 350.000,0 2021
5. Cəlilabad rayonunun Hasıllı kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 350.000,0 2021
6. Cəlilabad rayonunun Cəfərli kəndində 20 şagird yerlik modul tipli ibtidai orta məktəbin quraşdırılması 207.000,0 2021
7. Cəlilabad rayonunun Albalan kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 382.000,0 2021
8. Daşkəsən rayonunun Qabaqtəpə kəndində 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 382.000,0 2021
9. Daşkəsən rayonunun Qaratağlar kəndində 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 256.000,0 2021
10. Gədəbəy rayonunun Pərizamanlı kəndində 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 382.000,0 2021
11. Gədəbəy rayonunun Qaravəlilər kəndində 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 283.000,0 2021
12. Xaçmaz rayonunun Xudatkənd kəndində 132 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 425.000,0 2021
13. İmişli rayonunun Axıcanlı kəndində 132 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 425.000,0 2021
14. İmişli rayonunun Məmmədli kəndində 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 382.000,0 2021
15. Qax rayonunun Çüdüllü kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 283.000,0 2021
16. Quba rayonunun Şuduq kəndində 40 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 256.000,0 2021
17. Quba rayonunun Qrız kəndində 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 207.000,0 2021
18. Qusar rayonunun Qənərçay kəndində 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 283.000,0 2021
19. Qobustan rayonunun Ərəbşahverdi kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 350.000,0 2021
20. Lerik rayonunun Şonayçola kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 283.000,0 2021
21. Lerik rayonunun Ordahal kəndində 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 207.000,0 2021
22. Sabirabad rayonunun Qaragünə kəndində 1 nömrəli 132 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 424.000,0 2021
23. Şabran rayonunun Söhbətli kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 256.000,0 2021
24. Şamaxı rayonunun Pirpəhli kəndində 40 şagird yerlik ümumi orta məktəbin quraşdırılması 256.000,0 2021
25. Şəmkir rayonunun Yuxarı Çaykənd kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 350.000,0 2021
26. Tovuz rayonunun Baqqallı kəndində 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 283.000,0 2021
27. Tovuz rayonunun Pələkli kəndində 40 şagird yerlik ümumi orta məktəbin quraşdırılması 256.000,0 2021
28. Tərtər rayonunun Şıxarx kəndində 1 nömrəli 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 350.000,0 2021
29. Ucar rayonunun Yuxarı Şilyan kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 382.000,0 2021
30. Yardımlı rayonunun Arvana kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 350.000,0 2021
31. Yardımlı rayonunun Bərcan kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 350.000,0 2021
Cəmi: 10.000 000,0