29 Mart 2024
“Planet Parni iz Baku” sürücüləri TƏHQİR ETDİ - VİDEO

“Planet Parni iz Baku” sürücüləri TƏHQİR ETDİ - VİDEO

26 May 2023
Baxış: 320

“Planet Parni iz Baku”nun konsertindən TikTok-da yayımlanan görüntülər müzakirələrə səbəb olub.

AJMEDİA.İNFO olay.az-a istinadən xəbər verir ki, buna isə Əməkdar artist Cabir İmanovun səhnəciklərdən birində avtobus sürücülərini təhqir etməsi rəvac verib.

Əməkdar artist Tahir İmanovun “Nəyə görə Bakının ekologiyası pozulub” sualını C.İmanov belə cavablandırıb:

“Niyə belə deyirsiniz? Bakı çox təmiz və ekoloji şəhərdir. Görün burada nə qədər vitaminlər var. Bizim taksilərimiz “badımcandır” (London taksilərini nəzərdə tutur – red.), avtobus sürücüləri xiyardır, avtoşlarımız isə balqabaqdır”.

Onun bu sözləri birmənalı qarşılanmayıb. İzləyicilər İmanovların insanları təhqir etdiyini, yumorlarının gülməli olmadığını yazıblar.