04 May 2024
Paşinyanı “satqın” elan etdilər – Ermənistanda GƏRGİNLİK + FOTO

Paşinyanı “satqın” elan etdilər – Ermənistanda GƏRGİNLİK + FOTO

22 Sentyabr 2023
Baxış: 481

Ermənistanda gərginlik pik həddə çatıb.

AJMEDİA.İNFO bildirir ki, müxalifət hökumətin separatçılara dəstək vermədiyini əsas gətirərək Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Onun əleyhdarları parlament binasının qarşısına toplaşıb, polisə şüşə və daş atıb, bəzi nümayişçilər saxlanılıb. Nə qədər adamın saxlanıldığı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Müxalifət liderləri isə Paşinyanın istefasına qədər aksiyalarını davam etdirəcəklərini bəyan ediblər.

Nümayişçilərin əllərindəki pankartlarda “Nikol xaindir”, “Mübarizəsiz qalib gələ bilməzsən” şüarları diqqət çəkib. Britaniyanın “Guardian” qəzetində yer alan xəbərə görə, etirazçılardan biri Paşinyanı tənqid edərək, "Biz “Artsax”ı itirdik, ölkəmizin digər hissələrini də itirəcəyik. Müharibə etməsəniz, qalib gələ bilməzsiniz. Hamımız hazırıq. Vətənimiz üçün canımızı veririk, amma bizim nə silahımız, nə də müttəfiqimiz var”, deyə söyləyib.

Digər etirazçı “Ölkəmizi xilas edəcəyimizə hələ də ümidim var, amma əvvəlcə satqınlardan qurtulmaq lazımdır”, bildirib. ABŞ-də nəşr olunan “Politico” jurnalı “bir günlük müharibə” adlandırdığı antiterror əməliyyatının Paşinyana qarşı qəzəbi artırdığına diqqət çəkib.(Sfera.az)