Fransa XİN başçısı Benyamin Netanyahu ilə GÖRÜŞDÜ
11 saat əvvəlPaşinyandan Azərbaycan hərbçilərinin Gorus-Qafan yolunu bağlamasına MARAQLI REAKSİYA
26 Avqust 2021
Baxış: 776
Ermənistan Baş naziri Nikol Paşinyan Gorus-Qafan yolunun Azərbaycan tərəfindən qapadılmasını şərh edib.
AJMEDİA.İNFO axar.az-a istinadən xəbər verir ki, Paşinyan baş verənlərə görə keçmiş hakimiyyəti günahlandırıb.
“Gorus-Qafan yolunun bir hissəsi sərhəd xəttinə çıxır və köhnə xəritələrə görə, Azərbaycanın ərazilərinə daxil olur. Bu situasiya 2010-cu ildə Ermənistan hökumətinin qəbul etdiyi “Administrativ ərazi bölgüsü haqqında” Qanunla möhkəmləndirilib. Ermənistan hökuməti o zaman bu gün mübahisəli hesab olunan əraziləri Azərbaycan ərazisi kimi tanımışdı.
Bizə deyirlər ki, siz anklavları vermək istəyirsiniz. O zaman cavab verin görək, niyə “Şimal-Cənub” avtomagistralının layihələndirilməsi zamanı yol indi satmaqda ittiham olunduğumuz ərazilərdən keçmirdi? Nə Arazdəyəndən, nə Kərkidən, nə də Çanaxçıdan yol keçir. Mən seçkiqabağı kampaniya zamanı 1999-cu ilin sənədlərindən sitat gətirirdim. Orada hər şey var idi. Niyə layihələndirmə zamanı yol Bərgüşad boyunca və Şurnux kəndindən keçmədi. Bu, imkan verir ki, bu əraziləri indiki hökumətin mübahisəli etmədiyini deyək”, – deyə o bildirib.