06 May 2024
Paşinyan xalqa SƏSLƏNDİ: "Əgər bunu etməsəniz, Qarabağ hissə-hissə təhvil veriləcək”

Paşinyan xalqa SƏSLƏNDİ: "Əgər bunu etməsəniz, Qarabağ hissə-hissə təhvil veriləcək”

15 Aprel 2022
Baxış: 600

“Əgər siz Ermənistan hakimiyyətinin təklif etdiyi yolla getməsəniz, o zaman Qarabağ hissə-hissə təhvil veriləcək”.

AJMEDİA.İNFO “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ ətrafındakı vəziyyətlə bağlı danışarkən bu fikirləri səsləndirib. O bildirib ki, erməni xalqını “qurbanlıq qoyun” statusundan çıxarmaq lazımdır: “Bu gün bizə deyirlər ki, Qarabağı təslim etmişik. Əgər Qarabağı təslim etmək istəsəydik, Serj Sarkisyanın danışıqlarının məntiqi ilə davam edərdik. Beləliklə də, Qarabağı təslim edərdik” – Paşinyan bildirib.

Paşinyan qeyd edib ki, müharibə Şuşa uğrunda aparılıb: Ermənistan hakimiyyəti müharibəni dayandırmağa çalışmadığına görə tənqid edilir, lakin bu, belə deyil. Şuşa olmadan müharibəni dayandırmaq və ya qarşısını almaq mümkün deyildi. Bu, sadəcə olaraq mümkün deyil. Mən bu barədə dəfələrlə danışmışam” – Paşinyan əlavə edib.

“Əgər biz fərqli yol tutsaq, Qarabağı təslim edəcəyik. Fərrux hadisələri sizə örnəkdir. Hissə-hissə təhvil verəcəyik. Bir-birinizi aldatmağa son qoyun” – baş nazir çıxışını yekunlaşdırıb.