02 May 2024
Paşinyan Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyəti AÇIQLADI

Paşinyan Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyəti AÇIQLADI

16 Sentyabr 2022
Baxış: 413

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddəki vəziyyət barədə danışıb. Baş nazir Rusiya Prezidenti Vladimir Putinlə telefon söhbətində bu məsələyə toxunub.

AJMEDİA.İNFO “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat Xidmətindən bildirilib.

Paşinyanın sözlərinə görə, sərhəddə gərginlik hələ də davam edir: “Azərbaycan və Ermənistan arasında sərhəddə nisbi sakitliyə baxmayaraq, vəziyyət gərgin olaraq qalır”.

Qeyd edək ki, Ermənistan Baş naziri bu gün Rusiya və Fransa liderləri ilə danışıqlar aparıb.