02 May 2024
Özbəkistan və İsrail əsas tarixi şəhərlərə çarter reyslərini müzakirə ediblər

Özbəkistan və İsrail əsas tarixi şəhərlərə çarter reyslərini müzakirə ediblər

08 Dekabr 2022
Baxış: 363

Təşəbbüs həyata keçirilərsə, böyük abidələr israilli turistlər üçün daha əlçatan olacaq.

AJMEDİA.İNFO-un israildəki bürosu xəbər verir ki, Özbəkistanın tarixi şəhərlərinə çarter reyslərinin açılması imkanını ölkənin İsraildəki səfiri Feruza Mahmudova və El Al-ın vitse-prezidenti Şlomi Zafrani müzakirə ediblər.

"Görüş zamanı İsrail tərəfinə iki ölkə arasında hava nəqliyyatı sahəsində əməkdaşlığın inkişafı barədə məlumat verilib. Özbəkistanın artan turizm sənayesinin geniş potensialı, qonaqpərvərlik infrastrukturunun tikintisi sahəsində həyata keçirilən irimiqyaslı layihələr, eləcə də xaricdən turist axınının artırılması üzrə məqsədyönlü tədbirlər təqdim olunub”, - agentliyin açıqlamasında bildirilir.

Hazırda “Özbəkistan Hava Yolları” Ben-Qurion-Daşkənd marşrutu üzrə fəaliyyət göstərir.