15 May 2024
“Onlar var, amma harada yaşadıqlarını bilmirik” - NASA-dan ŞOK İDDİA

“Onlar var, amma harada yaşadıqlarını bilmirik” - NASA-dan ŞOK İDDİA

29 Oktyabr 2021
Baxış: 772

ABŞ-ın Aeronavtika və Kosmos İdarəsinin (NASA) rəhbəri Bill Nelson növbəti dəfə uçan naməlum obyektlərlə (UNO) bağlı ilginc açıqlama verib.

AJMEDİA.İNFO teleqraf.com-a istinadən xəbər verir ki, Nelson ABŞ Hərbi Dəniz Qüvvələrinin pilotlarının UNO müşahidələri haqda fikirlərini bildirib.

Nelson bu olayların nə ilə bağlı olduğunu həqiqətən anlamadığını, onların (UNO-ların) Yerdənkənar həyata mənsubluğu ehtimalının istisna olunmadığını iddia edib.

NASA rəhbəri pilotlarla danışdığını, onların UNO-ları gördüklərini deyib. Bununla belə, o, UNO-ların haradan gəldiklərini bilmədiyini söyləyib.

Nelson yadplanetlilərin mövcud olquqalarını, amma onların harada yaşadıqlarının indiki halda məlum olmadığı iddiasını növbəti dəfə təkrarlayıb.

NASA rəhbəri bundan əvvəl UNO-ların ABŞ Silahlı Qüvvələrin radarlarına düşdüyünü iddia etmişdi.

Teqlər: NASA UNO