07 May 2024
"Ölkədə vəziyyət çox çətindir" - Putin ETİRAF ETDİ

"Ölkədə vəziyyət çox çətindir" - Putin ETİRAF ETDİ

02 Noyabr 2021
Baxış: 670

Rusiyada koronavirusun yayılması ilə bağlı vəziyyət çox çətindir, heç vaxt belə bir hal olmayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Bu gün mən bu barədə baş nazir Mixail Mişustinə, onun müavini Tatyana Qolikovaya və səhiyyə naziri Mixail Muraşkoya dedim, indicə onların hamısı ilə danışdım. Ölkədə çox çətin vəziyyət yaranıb. Hər gün 40 min insan koronavirusa yoluxur. Bu, heç vaxt baş verməyib", - Putin qeyd edib.

Putin söyləyib ki, hazırda koronavirusla mübarizəni davam etdirmək lazımdır. Onun sözlərinə görə, bu, ölkənin bütün vətəndaşları, Silahlı Qüvvələr üçün isə son dərəcə vacibdir: "Bu, ikiqat, üçqat vacibdir".(axar.az)