07 May 2024
Noyabrın ən şanslı BÜRCLƏRİ - Onlara həm eşqdə, həm də işdə YAŞIL İŞIQDIR

Noyabrın ən şanslı BÜRCLƏRİ - Onlara həm eşqdə, həm də işdə YAŞIL İŞIQDIR

17 Oktyabr 2023
Baxış: 469

Astroloqlar 3 bürc üçün romantika, ehtiras və sevgi dolu bir ayın müjdəsini veriblər.

AJMEDİA.İNFO xəbər verir ki, noyabr ayı Əqrəb, Oxatan, Qoç bürcü üçün olduqca məhsuldar keçəcək.


Ehtirasları ilə tanınan əqrəblər qarşıdan gələn ayda yeni münasibətlərə başlayacaqlar. Ümumiyyətlə, noyabrda Əqrəb bürcündə doğulanlar uzun müddətdir axtardığı həyəcanı yaşadacaq tərəfdaşı tapacaqlar. Astroloqlar məsləhət bilir ki, yaxşı olardı münasibətlərini qorumaq naminə lazımsız qısqanclıqdan çəkinsinlər.

Gələn ay Oxatanları həm karyerada, həm də sevgidə xoşbəxtlik gözləyir. Peşəkar həyatlarında göstərdikləri performans nəticəsində maddi vəziyyətlərinin dəyişməsi münasibətlərinə müsbət təsir göstərə bilər.

Qoçlar axtardıqları sevgini noyabrda tapacaqlar. Digər tərəfdən astroloqlar vurğulayır ki, Qoçlar maddi cəhətdən şanslı ola biləcəkləri yeni bir dövrə daxil olacaqlar. Payızın son ayı onlara həm eşq, həm pul gətirəcək.