Prezident sərəncam imzaladı: 1 milyon dollar ayrıldı
6 saat əvvəlNikol Paşinyan dindirilmək üçün 44 günlük müharibəni araşdıran komissiyaya çağırılıb
26 May 2023
Baxış: 378
Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran komissiyaya çağırılıb.
Bunu ölkə parlamentinin Müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan bildirib.
O deyib ki, N.Paşinyan iyun ayında komissiyada dindiriləcək. Hökumət başçısı bir çox suala cavab verməli olacaq.
Xatırladaq ki, sözügedən komissiya 2022-ci ilin fevral ayında yaradılıb.
Bu il may ayının 3-də komissiyanın fəaliyyət müddəti daha 3 ay uzadılıb.