07 May 2024
Nigeriyada silahlıların hücumu zamanı onlarla insan öldürülüb, yaralılar var

Nigeriyada silahlıların hücumu zamanı onlarla insan öldürülüb, yaralılar var

10 Oktyabr 2021
Baxış: 520

Naməlum silahlı quldurlar Nigeriyanın Sokoto əyalətindəki bazara hücum edib.

AJMEDİA.İNFO xəbər verir ki,bu barədə yerli Vanguard qəzeti yazıb.

Qəzetin məlumatına görə, hücum edənlərin sayı təxminən 200 nəfər olub. Onlar motosikletlərlə bazara girərək satıcıları qorxutmaq üçün atəş açıblar.

"Silahlı şəxslər Sokoto əyalətində həftəlik Mailal bazarına hücum ediblər. Onlar atəş açaraq, azı 20 nəfəri öldürüblər, habelə çoxlu sayda insan yaralanıb", - qəzet qeyd edib.

Şahidlərin sözlərinə görə, quldurlar ərzaqları aparıblar, ərazidəki evlər yandırılıb.

“France Presse” agentliyi hadisə zamanı 19 nəfərin öldüyünü bildirib.