Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLA...
46 dəqiqə əvvəlNetanyahu: İsrail və Fransa İrana qarşı mövqelərini yaxınlaşdırıb
06 Fevral 2023
Baxış: 287
İsrail və Fransa İrana qarşı mübarizə məsələsində mövqelərini mümkün qədər yaxınlaşdırıb.
APA-nın məlumatına görə, bunu israilin baş naziri Benyamin Netanyahu Fransaya səfərindən sonra deyib.
“Bu səhər mən Fransaya mühüm diplomatik səfərdən qayıtdım. Fransa prezidenti Emmanuel Makronla görüşdüm. Deməliyəm ki, uzun söhbətimizin əsasını bizim ümumi mövqeyimiz - İranın nüvə silahı və nüvə arsenalı əldə etməyə yönəlmiş səylərinə qarşı çıxmaq olub. Son zamanlar xatırladığım qədər bizim mövqelərimiz heç vaxt yaxınlaşmayıb”, - Netanyahu bildirib.