29 Aprel 2024
"NEMESİS" sözünün mənası - TARİXÇİDƏN AÇIQLAMA

"NEMESİS" sözünün mənası - TARİXÇİDƏN AÇIQLAMA

26 Mart 2023
Baxış: 630

Avropa çempionatının seçmə mərhələsindəki Ermənistanda keçirilən Ermənistan və Türkiyə yığmalari arasındaki görüsdə, ermənilərin əllərində olan "Nemesis" adina bir aydınlıq getirək.

Nemesis ermeni terroru, bu ad qedim yunanlarin intiqam tanrısıdır. Bu adin Misir mifalogiyasında adı ise Set adlanir. Ermənilər həm Nemesisi, həmdə Set adını keçirdikləri terrorçuluqda çox istifadə ediblər. Bu terroru daşnaqlar özləri üçün bir simvol kimi seçmişdiler. Daşnaqlar bu terroru məhs türklərə ve azərbaycanlılar qarşı həyata keçiriblər. 1920-1921 ci illərdə türk elitasından olan şəxslərdən intiqam almaq üçün Nemesis adli terror plani həyata keçirilir. Məhs bu plan sayəsində Türk Paşaları Tələt paşa Hərbi rəhbər Camal paşa Baharəddin Şakir öldürlür. Təkcə Daşnaqlar türk Paşaların deyil, Azərbaycaninda o vaxtkı eltasına qarşı bu terroru həyata keçiriblər. Fətəlixan Xoyski, .Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, bunlardan başqa bir çox o zamankı Azərbaycanlı yuxarı elitadan olanlarda bu terrorun qurbanı olur. Sonradan Nemesis adını Setlə əvəz edirlər. Daşnaklar Sovet Hakimiyyəti dövründə tamami ilə başqa bir siyasətə əl atırlar. Ermənistan SSR-də Azərbaycanlıların təmizlənmə işi həyata keçirilir. Belə ki, daşnaqların set planına əsasən Ermənistanda hətda kiçik vəzifə tutan ermənilər Azərbaycan SSR-də daha yüksək vəzifələrə göndərilir və onların boşalmış yerlərinə isə milliyətçə erməni olan və daşnaksütünlə bağlı olan ermənilər gətirilir. Bu plani həyata keçirilməsinde ən esas rolu Anastas Mikoyan məhs onun Kremildə olan təsir gücü ermənilərə bu işdə cox kömək olur. SSR-dən kənarda isə Nemesis adlı terroru 1970-ci illərdə türk diplomatlarına qarşı davam edir. Məhs bu hücumlar nəticəsində 31 diplomat olmaqla 58 türk vətəndası öldürlür. İlk belə hücum 1973-cu ilin 27 yanvarında, ABS-ın Santa Barbara şəhərində Türkiyənin Los-Ancles şəhərindəki səfiri Mehmet Baydar və Bahadır Dəmir Qurgen, Mikrtic Yanikyan tərəfindən öldürülür. Sonralar Türkiyənin Fransadaki sefiri İsmayil Erez (1975) Vatikandaki səfiri Taha Çarım (1977) Avstraliyadakı konsulu Sarik Aynak (1980) Los-Anclesdəki baş konsul Kemal Arikan məhs bu terrorun qurbanı olublar. Hetda 1994-cü il mart ayında, Bakıda metroda baş vermiş terrorunda bu Nemesis terrorunun davamı olması şüphə doğurmur. O vaxt erməni terrorçuların başında duran Zori Balayan öz adın yaratdığı zorik adlı təşkilatın Nemesis terrorundan faydalandıgını və onları təqlid etdiyini "Ruhumuzun canlanması" kitabında qeyd etmişdi.


Zülfüqar Hüseynov

Tarixçi