12 May 2024
Nazirlik pensiyalarla bağlı YENİ MƏLUMAT YAYDI

Nazirlik pensiyalarla bağlı YENİ MƏLUMAT YAYDI

15 Sentyabr 2023
Baxış: 641

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə sentyabr ayının pensiya ödənişini yekunlaşdırıb.

Nazirlikdən AJMEDİA.İNFO-ya verilən məlumata görə, sentyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələri üzrə sentyabr ayının pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.