07 May 2024
NATO Baş katibi Lukaşenkonu təməl hüquqlara hörmət etməyə çağırıb

NATO Baş katibi Lukaşenkonu təməl hüquqlara hörmət etməyə çağırıb

27 Avqust 2020
Baxış: 1292

NATO Baş katibi Yens Stoltenberq Belarus Prezidenti Aleksandr Lukaşenkonu təməl hüquqlara hörmət etməyə çağırıb.

AJM-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Yens Stoltenberq Berlində səfərdə olarkən deyib.

"Minskdəki rejim söz azadlığı və dinc etiraz hüququ da daxil olmaqla, bütün təməl hüquqlara tam hörmət göstərməlidir.
NATO-nun bölgədə hərbi mövcudluğu yoxdur, buna görə də dinc etirazçılara zorakılıq göstəmək üçün belə bir bəhanədən istifadə etmək tamamilə əsassızdır", -deyə NATO Baş katibi bildirib.

NATO baş katibi Stoltenberq əlavə edib ki, öz gələcəyini müyyənləşdirmək Belarus xalqının üzərinə düşür.

Qeyd edək ki, NATO Baş katibi dünəndən etibarən Almaniyada səfərdədir. O, Aİ-yə üzv ölkələrin Müdafiə nazirlərinin qeyri-formal toplantısına qatılıb. Bu gün isə Almaniya kansleri Angela Merkellə görüşəcək.

Teqlər: NATO