07 May 2024
Narkotik çəkib Sumqayıtdan paytaxta sərnişin daşıyıblar - FOTO/VİDEO

Narkotik çəkib Sumqayıtdan paytaxta sərnişin daşıyıblar - FOTO/VİDEO

22 Dekabr 2021
Baxış: 545

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər planına uyğun olaraq şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.

AJMEDİA.İNFO xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tədbir zamanı Sumqayıtdan paytaxt istiqamətində sərnişin daşımaqla məşğul olan “Ford” markalı mikroavtobusun sürücüsü Əli Qasımov da nəzarət-yoxlama qaydasında saxlanılıb. Araşdırma zamanı sürücünün mikroavtobusu sərnişinlərin həyatlarını təhlükə altına qoyaraq narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. Avtomobildən əlavə olaraq qablaşdırılan külli miqdarda marixuana da aşkar edilib. Eyni əməli törədən daha bir sürücü Rövşən Zeynalovun da nəqliyyat vasitəsini narkotik vasitə və psixotrop maddələrin təsiri altında idarə etdiyi müəyyən edilib. Hər iki sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Həyata keçirilən profilaktik tədbir zamanı nəqliyyat vasitələrini spirtli içkinin təsiri altında idarə edən və avtoxuliqanlıq hərəkətlərinə yol verərək digər hərəkət iştirakçılarının həyatını təhlükə altına qoyan sürücülər də saxlanılıblar. Bu sürücülər barəsində də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.

Sumqayıt şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bu cür profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.