20 Aprel 2024
Narkoloji dispanserdə 10 manata saxta arayış satılır - VİDEO

Narkoloji dispanserdə 10 manata saxta arayış satılır - VİDEO

27 May 2023
Baxış: 378

Bakı Şəhəri Narkoloji Mərkəzdə heç bir testdən keçmədən rüşvətlə arayış alındığı barədə məlumatlar yayılıb.

Baku TV xəbər verib ki, mərkəzə 10 manat ödəniş etməklə təxminən 5 dəqiqə ərzində arayış əldə etmək mümkündür.

Mərkəzin direktoru Qalib Məmmədov isə açıqlamasında bildirib ki, arayış almaq üçün hər hansı məbləğin ödənilməsindən söhbət gedə bilməz.

Daha sonra Q.Məmmədov 10 manat alıb arayış yazan əməkdaşı otağa dəvət edib. Lakin o, arayış üçün pul istədiyini inkar edib.