06 May 2024
MÜHARİBƏ olarsa... Kim İranı, kim Azərbaycanı dəstəkləyəcək? - SİYAHI

MÜHARİBƏ olarsa... Kim İranı, kim Azərbaycanı dəstəkləyəcək? - SİYAHI

17 Noyabr 2022
Baxış: 1153

İran-Azərbaycan münasibətləri son 30 ilin ən gərgin günlərini yaşayır. Molla-fars rejimi açıq müharibə təhdidindən belə çəkinmir. Davamlı olaraq rəsmi və qeyri-rəsmi şəkildə İrandan müharibə anonsları verilir.

Bu təhdidlər boş hay-küydən o yana keçməsə də istənilən halda arzuolunan deyil. Çünki, sülh və dinc qonşuluq şəraitində yaşamaq Azərbaycan üçün prioritetdir.

Bəs, arzuolunmaz müharibə başlasa hansı dövlətlər Azərbaycanın yanında dayana bilər?

AJMEDIA.İNFO xəbər verir ki, bununla bağlı Bizim.Media müəyyən paralellər aparıb. Nəticəni təqdim edirik:

1. İranın istənilən hücumuna qarşı ilk andan sona qədər Azərbaycanın yanında dayanacaq dövlət –Türkiyədir. Səbəbi söyləməyə sadəcə ehtiyac yoxdur.

2. Pakistan dövləti də ilk dəqiqələrdən Azərbaycanın yanında dayanacaq. Çünki, Pakistanın Azərbaycanla olan sarsılmaz dostluğu və tərəfdaşlığı tarixi sınaqlardan dəfələrlə üzü ağ çıxıb.

3. İsrailin də Azərbaycanın yanında yer alacağı şübhəsizdir. Çünki, bu İsrailin dövlət maraqlarından irəli gəlir. Üstəlik, son illər İsrail-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qalxıb.

4. Böyük Britaniyanın da Azərbaycanı dəstəkləyəcəyi müzakirə mövzusu belə deyil. Ona görə ki, müstəqil Azərbaycanın ilk və ən böyük xarici partnyorlarından biri də bu yağışlar ölkəsidir.

5. İtaliya Azərbaycanı müdafiə etməyə sadəcə məcburdur. Çünki, bu ölkə Azərbaycanın ən böyük iqtisadi tərəfdaşıdır. İtaliya neft ehtiyaclarının 95, qaz ehtiyacınınsa 75 faizini məhz Azərbaycanın hesabına ödəyir.

6. Qazaxıstan dost və qardaş ölkədir. Son 30 ildə qazax xalqı hər zaman azərbaycanlıların yanında dayanıb.

7. Özbəkistan yeganə MDB dövlətdir ki, Azərbaycan torpaqlarının işğalına görə bu vaxtadək Ermənistanda səfirlik açmayıb. Son illərdə isə Özbəkistan bütün məsələlərdə Azərbaycanla eyni mövqedən çıxış edir.

8. Qırğızıstanın da bu məsul dövrdə Azərbaycanın yanında dayanacağı şübhə doğurmur. Xüsusilə, də son illərdəki yaxınlaşma və TDT-də birgə fəaliyyət buna əyani sübutdur.

9. Türkmənistan İranın şimal qonşusu olsa da onun Azərbaycanın yanında durmasının xeyli əsasları var.

10. Belaruslar da Azərbaycanın dar günün dostu olduğunu dəfələrlə görüb, yaşayıblar. Ona görə də bu münaqişə fonunda Belarusun Azərbaycanın yanında yer alacağı şəksizdir.

11. Macarıstan dövləti bir çox beynlxalq təşkilatlarda Azərbaycanla birgə fəaliyyət göstərir. Və TDT-yə üzv olmağa çalışır. Bir sözlə, macarların Azərbaycana xüsusi simpatiyası var.

12. Səudiyyə Ərəbistanının da Azərbaycanı müdafiə edəcəyi şübhəsizdir. Bunun da bir çox bəlli səbəbləri var.

13. Ərəb yarımadasındakı bütün dövlətlərin Azərbaycanın tərəfini tutmasına heç kim şübhə etmir. Çünki, molla-fars rejimi Bəşər Əsəd istisna olmaqla bütün ərəb liderlərini boğaza yığıb.

14. Gürcüstan bütün hallarda Azərbaycanla olacaq. Bu təkcə Borçalıdakı soydaşlarımızın təzyiqləri ilə bağlı deyil. Bu gün Gürcüstanın büdcə gəlirlərinin 25 faizi Azərbaycanın həyata keçirdiyi tranzit layihələrdən formalaşır.

15. Bolqarıstan, Rumıniya, Şimali Makedoniya və hətta Yunanıstanın Azərbaycanın yanında səf alması çox realdır. Çünki, bu dövlətlərin hamısı Azərbaycan qazından asılıdır.

16. ABŞ, Rusiya, Almaniya, Çin kimi böyük dövlətləri bu müharibə fonunda Azərbaycanın tərəfini açıq şəkildə saxlamasalar da, bitərəf qalacaqlar. Və təbii ki, yeri gəldikcə Azərbaycanın haqq mübarizəsini dəstəkləyəcəklər.

Bəs, belə bir münaqişə başlasa İranı hansı dövlətlər müdafiə edə bilər?

1. İlk ağıla gələn Ermənistandır. Səbəbsə bəllidir.

2. Hindistanın da bu müharibədə İranı dəstəkləyəcəyi şübhə doğurmur.

3. Fransa üzdə olmasa da dolayısı ilə molla-fars rejiminə dəstək olmağa çalışacaq.

4. Suriyanın da İrana dəstək vermə ehtimalı var. Vəssəlam. İranı açıq şəkildə müdafiə edəcək 5-ci dövləti göz önünə gətirmək mümkün deyil.

Ona görə də İranın Azərbaycana qarşı təhdidləri söz davasından o yana keçməyəcəyi aydındır. İşdir, İran belə bir qəflətə düşsə, bu müharibə İranın sonu, Böyük Azərbaycanın dirçəlişi olacaq.

Bizim.Media