07 May 2024
Müəllimlərin məcburi şəkildə koronavirus əleyhinə 3-cü doza vaksin vurdurmalarına məcburiyyət yoxdur- Təhsil Nazirliyinin rəsmisi

Müəllimlərin məcburi şəkildə koronavirus əleyhinə 3-cü doza vaksin vurdurmalarına məcburiyyət yoxdur- Təhsil Nazirliyinin rəsmisi

03 Noyabr 2021
Baxış: 628

Təhsil Nazirliyi müəllimlərin məcburi şəkildə koronavirus əleyhinə 3-cü doza vaksin vurdurmaları ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, Nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov 7NEWS.Az-a açıqlamasında belə məcburiyyətin olmadığını deyib.

Onun sözlərinə görə, təhsil işçilərinin vaksinasiya məsələsi hər zaman tövsiyə xarakterli olub: "Təhsil Nazirliyi müəllimlərə bir daha tövsiyə edir ki, koronavirusa qalib gəlmək üçün üçüncü doza vaksin vurdursunlar. Şüarımız odur ki, əyani tədrisin davamı üçün vaksinasiya yeganə yoldur".