02 May 2024
“Mübariz Mənsimov Əfqanıstanda döyüşməyib, aşbaz olub…” - ŞOK İDDİA

“Mübariz Mənsimov Əfqanıstanda döyüşməyib, aşbaz olub…” - ŞOK İDDİA

05 May 2022
Baxış: 854

Bir neçə gün öncə biznesmen Mübariz Mənsimov Sovet ordusu sıralarında Əfqanıstanda döyüşdüyünü bildirmişdi.

AJMEDİA.İNFO xəbər verir ki, bu fikirləri Demokrat.az-a haqqin.az saytının rəhbəri Eynulla Fətullayev bildirib.

"Müfadiə Nazirliyindən sorğuma cavab olaraq bildiriblər:

"22.03.1968-ci il təvəllüdlü, Mənsimov Mübariz Qurbanəli oğlu. 12.07.1987-14.04.1989-cu illərdə keçmiş sovet ordusunun 145 nömrəli hərbi hissəsinin hərbi qida məktəbində xidmət edib. Hərbi uçot ixtisası-Qoşun Qidasının aşbazı. Keçmiş SSRİ SQ-nin 145 nömrəli Hərbi Aşpazlar Məktəbi Almaniyada Sovet Qoşunları Qrupunun 20-ci Qvardiya Ümumqoşun Ordusu tərkibində Finovfurt şəhərində dislokasiya olunmuşdur. Sonradan hərbi hissə RF-nin Çita vilayətinin ərazisinə köçürülmüşdür.

Hərbi xidmətdən tağım komandirinin müavini kimi çavuş rütbəsində tərxis olunub. Hazırda SHXÇDX-nın Nizami Rİ-də hərbi qeydiyyatdadır. 31 nömrəli peşə məktəbini montajçı ixtisası üzrə bitirib."

Şərhə ehtiyac varmı? Yalan danışdığına görə, aşbaz müəllim çıxıb xalqdan üzr istəsin!", deyə Eynulla Fətullayev qeyd edib.