02 May 2024
Milli Qəhrəmanımızın qardaşı oğlu Ukraynada snayper kimi döyüşür - FOTO/VİDEO

Milli Qəhrəmanımızın qardaşı oğlu Ukraynada snayper kimi döyüşür - FOTO/VİDEO

07 Aprel 2022
Baxış: 567

Xocavəndin icra başçısı Eyvaz Hüseynovun qardaşı oğlu Ukraynada ön cəbhədə vuruşur.

AJMEDİA.İNFO Bakupost.az-a istinadən xəbər verir ki, o, Ukrayna ordusunun ən peşəkar snayperlərindəndir.

Möhsün İlyas oğlu Hüseynov Donetsk aeroportunun məşhur 7-lik snayper müdafiəçiləri qrupundadır. 14 ildir snayperdir.

Möhsün 1991-ci ilsə Dnepr şəhərində doğulub, anası ukraynalıdır.

Atası İlyas Hüseynov birinci Qarabağ savaşı başladığı üçün onları Ukraynada qoyub, Azərbaycana qayıdıb. Məlum olduğu kimi, indiki icra başçısı Eyvaz Hüseynov və qardaşı, Milli qəhrəman İbad Hüseynov müharibədə fəal iştiak ediblər. Ukraynadan qayıdan İlyas da ən qaynar nöqtələrdə döyüşüb. Müharibədən sonra isə Ukraynaya qayıtmayıb.

Möshün bir neçə dəfə Azərbaycanda olub.

2007-ci ilə kimi atası ilə əlaqələri olub, sonradan İlyas Hüseynovun rəhmətə getdiyini öyrənib.

Möhsün Ukraynada Maksim adı ilə tanınır. Ukraynanın məşhur və qəhrəman snayperidir.

2015-ci ildə aldığı kontuziya səbəbindən ordudan tərxis olunub. Ukrayna dövləti onu "İgidliyə görə", "Şücaətə görə" medalları ilə təltif edib.

Hazırda o, Ukrayna Vətən Müharibəsində ön cəbhədədir.

Maksim döyüş zonasından Bakupost-a verdiyi açıqlamasında, atası və əmilərinin yolunu davam etdirdiyini bildirib:

"Mənim əmilərim də əsgər, döyüşçü, qəhrəman olub. Mən də bu vaxta qədər elə yaşayıb döyüşmüşəm ki, soyadıma xələl gəlməsin.

Ukrayna-Rusiya müharibəsi başlayandan silaha sarılıb ölkəmizin müdafiəsinə qalxdıq.

Azərbaycanda icra başçısı olan əmim və bəzi qohumlar mənə zəng etdilər, onlar təbii ki, bizim təhlükəsizliyimiz üçün narahat idilər, Azərbaycana gəlməyimizi təklif etdilər.

Amma biz gedə bilməzdik. Mən döyüşçüyəm, torpağımı qorumalıyam.

Hazırda anam Türkiyədədir, o 10 ildir orada yaşayır. Qardaşım burada idi, amma artıq Almaniyaya getdi ailəsi ilə. Hər gün zəngləşirik. Ailəm - yoldaşım, oğlum yanımdadır, biz evimizi tərk etmədik. Yoldaşım həkimdir, hamilə qadınları qəbul edir”.

Maksim ön cəbhədəki vəziyyət barədə bunları söyləyib:

“İndi təkcə snayperlə döyüşmürəm. Vəziyyətdən asılı olaraq silahları dəyişirik. Daha çox diversiya qruplarını zərərsizləşdirməklə məşğuluq. Rusiya gecə gündüz bura diversiya göndərir.

Həm də yoldaşlarla kəşfiyyat aparırıq. Snayper təkcə kimisə hədəf alıb öldürmək üçün deyil. O həm nəzarətdir, kəşfiyyatdır, həm də ərazi üzrə müşahidəçidir. Burda ruslardan da snayper çoxdur".

O, rusiyalı əsgərləri və çeçenlərin son vaxtlar hərbi texnikaları qoyub qaçdığını təsdiq edib:

"Biz Kadırovçular dəstəsinə çeçenlər demirik. Çeçenler mərd, kişidir, Ukrayna tərəfindəndir. Biz tərəfdən burda çeçenlər döyüşür, onlardan heç bir pis münasibət görməmişik.

Kadırov və onun dəstəsi faşist və terrorçudur, biz onlara “çaqqal” deyirik. Onlara aid olmayan torpaqlara namərdcəsinə soxulublar.

Biz rusiyalı əsgərləri mühasirəyə alırıq, diversiya qruplarını məhv edirik. Heç kimi əsir götürmürük. Çox nadir halda əsir götürərik.

Nəyə görə qadınları, uşaqları öldürən, vəhşi faşistləri sağ qoymalıyıq, əsir götürüb harda saxlayacağıq. Döyüşürük, ya biz öləcəyik, ya onlar.

Rusiya ordusu heyətinin 80%-i içərək sərxoş halda silahı götürüb hara oldu kimə oldu atəş açırlar. Onlar həm də çox qorxurlar. Qorxularından başlarını itirirlər.

Onların ruh yüksəkliyi, məqsədi yoxdur. Bizim isə ruhumuz güclüdür. Biz nə üçün döyüşdüyümüzü bilirik, gündən günə də inamımız artır.

Mən hazırda Kiyevdə deyiləm, şəhərlərdən birindəyəm.

Belə düşünürük ki, müharibənin bitməyinə çox qalmayıb. Rus ordusu və Kadırovçular artıq iri texnikmalarını, silahlarını qoyub qaçır.

Onların meyitləri vurulduqları yerdə qalır. Heç özləri öz əsgərlərinin meyitlərini yığmır. Kim yığacaq? Bəzən yerli əhali torpaq qazıb çürümüş meyirləri basdırır ki, leş qoxusu gəlir, xəstəlik yayılar, ekoloji vəziyyətr pisləşər.

Heç Rusiya özü bilmir ki, nə qədər hər gün itkisi olur.

Çox qorxaqcasına taktika qururlar. Əvvəl raket, artelleriyanı işə salırlar, vururlar. Sonra təmizləmə əməliyyatına gəlirlər. Orda da bizim döyüşçmülər, biz onları qarşılayırıq”.

M.Hüseynov Ukrayna ordusunun da xeyli itki verdiyini etiraf edib:

“Snayper dəstəsindən xeyli həlak olanlarımız olub. Təsəvvür edin, bizim 52 snayperdən 4-5 nəfər sağ qalıb. Biz indi kontrdiversion qrup kimi tapşırıqları yerinə yetiririk. Diversiya qruplarını likvidasiya edirik.

Hər gün onu düşünürük ki, səhərə sağ çıxaq. Biz Putin ordunu son əsgərinə kimi Ukraynadan geri çəkib, Donbası, Krımı qaytarmasını istəyirik. Bunlar olmadan sülh mümkün deyil. Heç kim heç nəyi güzəştə getməyəcək. Biz nəyi güzəştə etməlyik. Necə gəliblər elə də gedəcəklər. Əks təqdirdə Ukrayna onlar üçün məzar olacaq.

Heç bir güzəştə razı deyilik".