20 Aprel 2024
Millət vəkili Anatoliy Rafailovun təşəbbüsü və "STMEGİ" Xeyriyyə Fondunun dəstəyi ilə bayram sovqatları paylanılıb

19 Mart 2023
Baxış: 1240

53 saylı Quba-Qusar Seçki Dairəsinin deputatı Anatoliy Rafailov Quba və Qusar rayonlarında Şəhidlər Xiyabanını ziyarət edib. İkinci Qarabağ müharibəsi dövründə təmsil etmiş olduğu bölgədən olan şəhid ailələrinə bayram sovqatı təqdim edərək seçiciləri ilə səmimi söhbətlər aparıb.

Şəhid ailələrinə diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu diqqətə çatdıran millət vəkili Prezident İlham Əliyevin bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini də vurğulayıb.

Qeyd edək ki, bu təşəbbüslər millət vəkili tərəfindən və "STMEGİ" xeyriyyə fondunun dəstəyi ilə mütəmadi olaraq davam etdirilir.

Bütün bunlar isə onu deməyə əsas verir ki, şəhid ailələri və digər həssas qrupa aid insanlara diqqət və qayğının göstərilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması kimi məsələlər dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir.

ELSEVƏR MƏMMƏDOV

jurnalist