02 May 2024
Metronun bu stansiyasında qatarların hərəkət cədvəli DƏYİŞDİRİLİR

Metronun bu stansiyasında qatarların hərəkət cədvəli DƏYİŞDİRİLİR

14 Sentyabr 2023
Baxış: 512

Sentyabrın 15-dən Bakı metropolitenində qatarların hərəkəti payız-qış qrafikinə uyğun tətbiq ediləcək. Bu səbəbdən “Bakmil” stansiyası və əksinə hərəkət edən qatarların hərəkət cədvəlinə də dəyişikliklər edilib.

AJMEDİA.İNFO xəbər verir ki, qatarların qeyd edilən istiqamətlərdə hərəkət cədvəli “metro.gov.az” saytının “Sərnişinlər üçün” bölməsinin “Qatarların hərəkət cədvəli” yarımbölməsində dərc edilib.

Qeyd edək ki, yeni qrafik sentyabrın 15-i səhər saat 06:00-dan qüvvəyə minir.