26 Aprel 2024
Meta daha 10.000 iş yerini ixtisar edir

Meta daha 10.000 iş yerini ixtisar edir

15 Mart 2023
Baxış: 298

Facebook, Instagram və WhatsApp-ın çətir şirkəti Meta, 10 min nəfəri işdən çıxaracaqlarını və müraciət üçün açılan 5 min vəzifənin bağlanacağını açıqlayıb.

Meta noyabr ayında 11.000 nəfərin işdən çıxarılmasını elan etmişdi.

Şirkətin baş direktoru Mark Zukerberq işçilərin ixtisarının çətin olduğunu bildirərək, bunun "Məhsuldarlıq ili" çərçivəsində edildiyini bildirib.

Mövzu ilə bağlı açıqlama verən Zukerberq, 2022-ci ildə gəlirlərin durğunluğu səbəbindən şirkətin bir növ xəbərdarlıq aldığını vurğulayıb.