25 Aprel 2024
Məşhur nəşr XƏBƏRDARLIQ ETDİ: “Putin nüvə düyməsini basmağa hazırlaşır”

Məşhur nəşr XƏBƏRDARLIQ ETDİ: “Putin nüvə düyməsini basmağa hazırlaşır”

17 Mart 2023
Baxış: 246

Putin nüvə silahlarından istifadə etməyə hazırlaşır.

AJMEDİA.İNFO bildirir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Məqalədə iddia olunub ki, Zelenskinin yaz hücumu yaxınlaşdıqca Rusiya küncə sıxılır və mövqeyi hər gün zəifləyir.

“Ukraynalılar rus qoşunlarını Ukraynanın şərqindən, həm də Krımdan çıxarmaq niyyətindədir. Bunu etmək şübhəsiz ki, Putinin hakimiyyətinin sona çatdığını göstərir. Ancaq bu, təhlükəli bir an olacaq. Digər tərəfdən, Kreml illərdir ki, Putinin Vətəni müdafiə etmək üçün cəsarətli addımlar atmaqdan çəkinməyən, amansız keçmiş “KQB” zabiti kimi imicini qururdu”, - deyə yazıda bildirilib.

Nəşr həmçinin, Qərb auditoriyasının Putinin xüsusilə də nüvə məsələsində imkanlarını bəsitləşdirdiyini vurğulayıb: “Rusiyanın nüvə silahından istifadə etməsi haqda hədələr ilk növbədə Qərb auditoriyasını qorxutmaq və bununla da Ukrayna ilə onun Qərb müttəfiqləri arasında əlaqəni zəiflətmək məqsədi güdür. Nüvə silahlarına bəsit yanaşanlar yanılırlar. Rusiyanın Ukraynada nüvə silahından “son çarə” kimi istifadə etməyəcəyinə əmin ola bilmərik. Kreml onların istifadəsi üçün linqvistik baza yaradıb. Ümumilikdə, Rusiyanın son nüvə doktrinasında nüvə silahının yerləşdirilməsinə haqq qazandıra biləcək dörd hal var: Rusiyaya qarşı nüvə silahının qaçılmaz istifadəsi; faktiki nüvə istifadəsi; nüvə silahlarına nəzarəti əngəlləmək təhlükəsi; Rusiyanın mövcudluğuna təhlükə. Ukrayna müharibəsində bu şərtlərdən heç biri yoxdur. Amma “təhlükə” anlayışı Rusiya rəhbərliyi tərəfindən fərqli şərh edilir. Bu yaxınlarda keçirilən konfransda prezident Putin ölkəsinin hərbi doktrinasına istinad edərək, Rusiyanın kütləvi qırğın silahlarından istifadə edə biləcəyini deyib”.

Bəs Qərb ölkələri nə etməlidir?

“The Telegraph” qeyd edib ki, ilk növbədə, Qərb ölkələri ictimaiyyəti Rusiyanın nüvə silahı təhlükəsindən xəbərdar olduqları ilə bağlı əmin etməli, bunun sadəcə blef olmadığını çatdırmalıdırlar:

“Təhlükə riskini azaltmaq bizi böhran vəziyyətində və ya nə vaxtsa Rusiyanı fikrindən daşındırmağa hazırlamayacaq. İkincisi, 2011-ci ildə Yaponiyada baş vermiş Fukuşima mülki nüvə fəlakətindən çıxarmalı olduğumuz əsas dərslərdən biri o idi ki, məlumat çatışmazlığı, xüsusilə radiasiya səviyyələrinin dəqiq qiymətləndirilməməsi yalnış qərarlara səbəb ola bilər. ABŞ və onun müttəfiqləri nüvə istifadəsi, nüvə obyektinə raket zərbəsi və ya hərbi əməliyyatların aparıldığı ərazidə yerləşən nüvə zavodundan qaynaqlanan qəza zamanı radiasiyanın aşkar edilməsi və monitorinqi üsullarını təkmilləşdirməlidir. Bu, ilk növbədə mülki əhalinin nüvə qəzalarından qorunmasına kömək edəcək. Bununla əlaqədar olaraq, biz kalium yodid kimi tibbi ehtiyatları və fərdi qoruyucu vasitələri saxlamalıyıq. Eyni zamanda strateji qeyri-müəyyənlik çox risklidir. Digər tərəfdən, Kreml reaksiya verməsə belə, Moskva ilə əlaqə kanallarını açıq saxlamalıyıq”.

Nəşr həmçinin bildirib ki, Ukrayna silahlı qüvvələri nə vaxtsa Rusiyanın Krımı Donbasla birləşdirən quru dəhlizini pozmaqla hədələyəcək: “Bu zaman Putin əsrin ən taleyüklü qərarlarından birini verəcək: nüvə və ya kimyəvi silahdan istifadə etmək. Ona görə də ABŞ və Böyük Britaniya bu təhlükəni minimuma endirmək və ictimaiyyət, o cümlədən müttəfiqlərinin müdafiəsini təmin etmək üçün indi hərəkətə keçməlidir”.(sfera.az)