02 May 2024
Məşhur müğənni Rihannaya Milli Qəhrəman ADI VERİLDİ

Məşhur müğənni Rihannaya Milli Qəhrəman ADI VERİLDİ

30 Noyabr 2021
Baxış: 830

Məşhur müğənni Rihanna Barbados respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Barbadosun Baş naziri Mia Motli deyib.

“Robin Rihanna Fenti, millətimiz adından səni Barbadosun milli qəhrəmanı elan edirəm. Almaz kimi parlamağa və ölkəmizin fəxri olmağa davam et”, - baş nazir bildirib.

Fəxri ad müğənniyə Barbadosun müstəqilliyinin elan edilməsi mərasimində iştirak edərkən verilib.

Qeyd edək ki, 1988-ci ildə Barbadosda anadan olan Rihanna müğənnilik karyerasını davam etdirmək üçün 16 yaşında ABŞ-a köçüb. O, doqquz “Qremmi” musiqi mükafatının sahibi və dünyada ən çox mahnı diskləri satılan sənətçilərdən biridir. Rihanna 20 sentyabr 2018-ci ildə Barbadosun ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri olub.(Kult.az)