29 Aprel 2024
Məktəb direktorlarının "forma biznesi": Geyimlərin rəngi niyə dəyişdirilir? - VİDEO

Məktəb direktorlarının "forma biznesi": Geyimlərin rəngi niyə dəyişdirilir? - VİDEO

02 Avqust 2023
Baxış: 2736

Gələn aydan etibarən Azərbaycanda təhsil ocaqları açılacaq. Sentyabr ayının ilk 15 günlüyündə məktəbə hazırlıq işləri görüləcək.

Hazırlıq prosesində ən vacib məqam məktəbli formasının alınması olacaq. Ötən ilin sentyabr ayında yaranmış vəziyyət heç də ürəkaçan olmayıb.

Nəzərə almaq lazımdır ki, bu ildən yuxarı siniflər vahid geyimdə olacaqlar. Bu o, deməkdir ki, mağazalarda alıcı sayı daha da çox olacaq. Bu il istehsalına daha tez başlandığı üçün formalar artıq satışdadır.

Məktəbli formaları ilə bağlı daha bir narahatedici məqam ötən il seçilən rəngin bu il dəyişdirilməsidir. Bəzi təhsil müəssisələrində valideynlər yenidən forma almağa məcbur edilir.

AJMEDİA.İNFO ARB TV-nin videomaterialını təqdim edir: