29 Mart 2024
Mehriban Əliyeva Azərbaycan xalqını TƏBRİK ETDİ

Mehriban Əliyeva Azərbaycan xalqını TƏBRİK ETDİ

20 Mart 2023
Baxış: 364

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Novruz bayramı ilə bağlı paylaşım edib.

AJMEDİA.İNFO xəbər verir ki, təbrikdə deyilir:

"Əziz bacılar və qardaşlar!

Sizin hamınızı Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, xoş duyğular, gözəl əhval-ruhiyyə, səadət və uzun ömür arzulayıram! Üzünüzdən təbəssüm heç zaman əskik olmasın, kədər sizdən uzaq olsun! Qoy hər birinizin həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun!

Allah Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə dözüm və səbir versin! Uca Tanrı xalqımızı bütün qada-bəlalardan qorusun!

Dərin hörmət və sevgilərlə,


Sizin MEHRİBAN".